Brauzerlərdəki Incognito rejimi heç də təhlükəsiz deyilmiş
Təhlükəsizlik
15.02.2021
Emil Nəcəfov
Bir çox tədqiqatçılar əmindirlər ki, brauzerdə izlənmə funksiyasının deaktiv edilməsi üçün sadəcə olaraq Incognito rejiminə keçid etmək lazımdır. Lakin məlum olub ki, saytların tərtibatçıları hətta keşin təmizlənməsi və əlavə bloklayıcı funksiyaların aktivləşdirilməsi halında da sistemin işini izləmək imkanını verən üsullar yaradıblar. Yeni üsul barəsində məlumatı Çikaqodakı İllinoys Universitetinin tədqiqatçıları veriblər. Onların sözlərinə əsasən saytlar Favicons (veb saytların və veb səhifələrin ikonları) əsasında keş funksiyasından istifadə edirlər.
Bu funksiya isə istifadəçilərin identifikasiyası və izlənməsi üçün istifadə olunur. Sözügedən özəllik Safari brauzerində aşkar edilib və istifadəçinin daxil olduğu saytların tarixçələrinin üçüncü tərəflərə görünmə imkanını yaradır. Bu hətta brauzerdə Incognito rejiminin aktiv olduğu zamanda da baş verir. Bu halda keşin təmizlənməsi və ya əlavə bloklayıcı funksiyaların aktivləşdirilməsi heç bir nəticə vermir. Problem ondan ibarətdir ki, müasir brauzerlərin keş funksiyalarında Favicons üçün nəzərdə tutulmuş keş mövcuddur. Onu izolyasiya etmək və ya deaktivləşdirmək qeyri mümkündür. Məlumatın orda qalma müddəti isə 1 ildir.
Hal hazırda bu cür sistem Chrome, Safari və hətta ən təhlükəsiz brauzer kimi bilinən Brave-də də mövcuddur. Bu məsələdə izlənmə ilə mübarizə üçün nəzərdə tutulmuş heç bir üsul kömək etmir. Maraqlısı ondadır ki, Firefox-un son versiyasında Favicons-un düzgün çalışmasına mane olan sistem səhvi aşkar edilib. Çox güman ki, növbəti yenilənmələrdə həmin problem aradan qaldırılacaq və Firefox da həmin brauzerlərin siyahısına daxil olacaq. Məlumatda qeyd edilib ki, mövcud olan problemin həlli hələki yoxdur.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!