main-post-cover

    Apple tətbiqləri istifadəçi və onun cihazı barəsində analitik məlumatları yığırlar

    Təhlükəsizlik
    09.11.2022
    Farid Pardashunas
        Tətbiq tərtibatçısı Tommy Mysk kibertəhlükəsizlik üzrə mütəxəssis Talal Haj Bakry bildiriblər ki, iPhone-lara quraşdırılmış standart App Store, Apple Music, Apple TV, Books Stocks tətbiqləri istifadəçilərin məlumatlarını yığırlar və bu proses istifadəçinin həmin tətbiqlərə bunu qadağan etməsi halında da davam edir. Məlumatda qeyd edilib ki, App Store real zaman ərzində istifadəçinin reallaşdırdığı əməliyyatlar barəsində məlumatları yığır. Yığılan məlumatlar arasında kliklənən düymələr və linklər, axtarış tarixçəsi, izlənən reklamlar, tətbiqin bu və ya digər səhifəsində istifadəçi tərəfindən keçirilən zaman və s. var. Apple şirkətinin serverlərinə həmçinin istifadəçi və onun cihazı barəsində məlumatlar da göndərilir.
        Həmin məlumatlar arasında istifadəçi cihazının növü, identifikatoru, ekran ölçüsü, cihazdakı interfeysin dili və cihazın internetə qoşulma üsulu var. Cihazın ayarlarında tətbiqlərə məlumatların yığılma prosesinin qadağan edilməsinə baxmayaraq eyni məlumatlar olduğu kimi yığılır və Apple serverlərinə göndərilir. Məlumatların yığımı ilə həmçinin Stocks tətbiqi də məşğuldur. Stocks tərəfindən yığılan məlumatlar arasında istifadəçinin izlədiyi səhmlərin siyahısı, istifadəçinin axtarış sistemi üzərindən keçid etdiyi aksiyalar, istifadəçinin tətbiq daxilində açmış olduğu xəbər materiallarının linkləri var.
        Bununla belə məlumatlar iCloud-a qoşulmadan tamamilə ayrı axın üzrə ötürülür. Maraqlısı ondadır ki, Health Wallet kimi tətbiqlər ümumiyyətlə analitik məlumatları yığmırlar. Mütəxəssislər tətbiqlər tərəfindən göndərilən analitik məlumatları deşifrələmək üçün iOS 14.6 vasitəsilə çalışmış iPhone modelini jailbreak etməli olublar. Aktual iPhone modelinin iOS 16 vasitəsilə çalışması çərçivəsində mütəxəssislər məlumat yığımı prosesinin reallaşdırıldığını təsdiqləyiblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər