Apple kompüterlərində idarəni ələ keçirtməyə imkan verən proqram təminatı satışa çıxarılıb

Apple kompüterlərində idarəni ələ keçirtməyə imkan verən proqram təminatı satışa çıxarılıb

Kibertəhlükəsizlik
03.08.2023 PAYLAŞIM

    Guardz adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Apple şirkətinin kompüterləri üzərində idarəetməni ələ keçirməyə imkan verən proqram təminatının satışa çıxarıldığını aşkar ediblər. Satışa çıxarılmış proqram təminatı vasitəsilə masOS istifadəçisinin konfidensial məlumatlarını və hesablarını oğurlamaq mümkündür. Proqram təminatının həqiqətən də çalışdığına təminat vermək üçün dələduzlar darknetdə onunla bağlı 100 000$ dəyərində girov yerləşdiriblər.

    VNC adlı uzaqdan giriş sistemi əsasən texniki dəstək xidmətləri tərəfindən istifadə edilir. Bunun sayəsində müxtəlif servislərin əməkdaşları istifadəçilərin kompüterlərini idarə edə bilirlər. Lakin bunun reallaşdırılması üçün istifadəçilər ilk öncə buna icazə verməlidirlər. Bununla belə proses çərçivəsində istifadəçilər öz kompüterlərində servis əməkdaşlarının nə ilə məşğul olduqlarını izləyə bilirlər. Bu cür sistemin daha gizli versiyası mövcuddur. Söhbət, HVNC-dan (Hidden VNC) gedir.


    Bu sistem də kənar operatora istifadəçinin kompüterinə uzaqdan giriş imkanını verir. Lakin HVNC halında istifadəçidən heç bir icazənin əldə edilməsi tələb edilmir. Bu cür sistem darknetdə 60 000$ qiymətində satışa çıxarılıb və ona ömürlük lisenziya təqdim edilir. MacOS istifadəçilərinə bu cür kiberhücumdan qorunmaq üçün öz kompüterlərindəki proqram təminatının mütəmadi şəkildə yeniləmələri məsləhət görülür. Əgər proqram təminatı yenilənməsi imkanı yoxdursa, istifadəçilər şübhəli mənbələrdən tətbiqləri yükləməməlidirlər.



DAHA ÇOX


Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatları yığır..

NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətb..


Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflən..


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..

×