main-post-cover

    Alimlər smartfonların yeni hack edilməsi üsulunu aşkar ediblər

    Təhlükəsizlik
    19.05.2023
    Farid Pardashunas
        Çinli və alman alimlər elektromaqnit siqnallar vasitəsilə sensorlu ekranlar üçün əmrləri imitasiya etməyə imkan verən üsulu aşkar ediblər. Aşkar edilmiş üsul GhostTouch adını əldə edib. GhostTouch vasitəsilə dələduz smartfonu blokdan çıxara və onun daxilində yerləşən çoxlu sayda məlumat ilə faylı əldə edə bilər. Bu üsul vasitəsilə həmçinin smartfona zərərli proqram təminatını da yükləmək mümkündür. Lakin bu üsul bəzi məhdudiyyətlərə sahibdir. Belə ki, GhostTouch üsulundan istifadə üçün nəzərdə tutulmuş təchizat smartfondan maksimum 40 mm məsafədə yerləşməlidir.
        Lakin bu da dələduz üçün böyük bir problem deyil. Belə ki, o, kafe, restoran kimi ictimai yerlərdə lazımi təchizatı sadəcə olaraq stolun alt hissəsinə quraşdıra bilər. Bunu edəndən sonra smartfonu distant şəkildə hack etmək olar. Məlumatda qeyd edilib ki, bu cür hack üsulu vasitəsilə iPhone SE 2020, Galaxy S20 FE 5G, Redmi 8 Nokia 7.2 də daxil olmaqla ən azı 9 smartfon modelini hack etmək olar. Onu da qeyd etmək lazımdır ki, smartfonun bu üsul ilə hack prosesi heç də ideal deyil. Belə ki, istifadəçi öz smartfonunun anidən öz-özünə blokdan çıxdığına diqqət yetirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər