ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Danimarka vasitəsilə avropalı siyasətçiləri izləyibmiş
Təhlükəsizlik
31.05.2021
Farid Pardashunas
Danimarkanın Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə (MTA) vacib telekommunikasiya qovşağından istifadə etməyə imkan yaradıbmış. MTA isə bundan istifadə edərək avropalı siyasətçilərin ünsiyyətlərini izləyib. Bu barədə xəbəri Avropada fəaliyyət göstərən bir sıra informasiya agentliyi verib. Məlumatda qeyd olunub ki, bu kibercasusluq əməliyyatı “Operation Dunhammer” adını əldə edibmiş və o, 2012-ci ildən 2014-cü ilə kimi aktiv olub. Əməliyyatın uğurlu funksionallığı üçün Danimarka ilə ABŞ-ın xüsusi dövlət orqanları öz aralarında razılaşma əldə ediblər. Nəticədə ABŞ tərəfi Kopenhagenə yaxın olan Dragör adlı şəhərdə yerləşən telekommunikasiya qovşağına XKeyscore adlı sistemi inteqrasiya edib.
Qeyd etmək lazımdır ki, məhz Dragör şəhərində olan bəzi sualtı kabellər Danimarka ilə Skandinaviya adalarını birləşdirirlər. Avropadan olan informasiya agentliklərinin verdikləri məlumata əsasən ABŞ tərəfi XKeyscore sistemini mobil və internet trafikinin irimiqyaslı izlənməsində istifadə edib. Nəticədə Vaşinqton avropalı siyasətçilərin elektron məktublarını, zənglərini, SMS mesajlarını və çatlarda olmuş yazışmalarını əldə etməyi bacarıb. Maraqlısı ondadır ki, Edward Snowden-in iştirakı ilə baş vermiş qalmaqaldan sonra Danimarka hökuməti ABŞ ilə bu məsələdə razılaşmanı ləğv etməyi qərara alıb.
Bununla yanaşı aşkar edilmişdi ki, ABŞ-ın xüsusi xidmət orqanları həmçinin danimarkalı siyasətçiləri də izləyirmiş. Bu məsələ ilə bağlı məlumatlar keçən həftənin sonunda ortaya çıxıb. Belə ki, danimarkalı televiziya aparıcılarından biri “Dunhammer Report” adlı sənədi əldə edə bilib. Həmin sənəddə isə Danimarka hökumətinin istintaq nəticələri barəsində məlumatlar əks olunub. Amerikalı və danimarkalı siyasətçilər bu mövzuya fikir bildirməkdən imtina edirlər. Lakin buna baxmayaraq Edward Snowden bir neçə gün bundan öncə Vaşinqton ilə Kopenhagen-nin birgə əməliyyat keçirtmiş olduqları məlumatlarını təsdiqləmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək