Intel-in çoxsaylı prosessorlarında ciddi sistem boşluğu aşkar edilib

Intel-in çoxsaylı prosessorlarında ciddi sistem boşluğu aşkar edilib

Kibertəhlükəsizlik
10.08.2023 PAYLAŞIM

    Google şirkətinin baş elmi əməkdaşı Daniel Moghimi-nin təqdim etmiş olduğu hesabatda Intel-in Skylake, Cooper Lake, Tiger Lake, Ice Lake və digər seriyalarının prosessorlarında olan boşluq barəsində məlumat əks olunub. Intel-in bu məşhur seriyalarının prosessorlarında olan boşluq öz növbəsində dələduzlara bu və ya digər istifadəçinin şifrələrini, ödənişlər barəsində və digər konfidensial məlumatlarını əldə etməyə imkan verir.

    Intel prosessorlarında aşkar edilmiş boşluq Downfall adını əldə edib və o, prosessorların daxili hardware registrlərini əldə etməyə imkan verir. Intel mütəxəssisləri bu cür kiberhücum üsulunu Gather Data Sampling adlandırıblar. Onun sayəsində dələduzlar istifadəçinin məlumatlarını sistem administratoru səviyyəsində əldə edə bilərlər. Intel öz növbəsində bu problemdən məlumatlıdır və öz prosessorlarında onun aradan qaldırılması istiqamətində tədbirlər görür. Sözügedən problemin əhatə olunduğu Intel prosessorlarının siyahısına bu linkdən baxmaq olar. Bəzi prosessorlar üçün problemi aradan qaldıran yenilənmə artıq hazırdır və o, BIOS yenilənməsi kimi yayılır.




DAHA ÇOX


Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatları yığır..

NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətb..


Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflən..


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..

×