main-post-cover

    35 000-ə yaxın PayPal hesabı hack edilib

    Təhlükəsizlik
    27.01.2023
    Emil Nəcəfov
        Bleeping Computer saytının verdiyi məlumata əsasən 34 943 PayPal istifadəçisinin hesabı hack edilib. Bu məlumatı PayPal rəsmi şəkildə təsdiqləyib. Məlumatda qeyd edilib ki, hackerlər hesab məlumatlarının əvəz edilməsi sisteminə kütləvi kiberhücum reallaşdırmaqla buna nail olublar. Hesab məlumatlarının əvəz edilməsi avtomatik reallaşdırılan prosesdir və bu proses çərçivəsində saytdakı istifadəçi hesabına daxil olmaq üçün istifadəçinin öz şifrəsini qeyd etmiş olduğu digər saytlardakı məlumatlardan istifadə edilir. Buna görə də əgər istifadəçi bir çox servis üçün unikal vahid şifrəyə sahibdirsə, onun hesablarını hack etmək elə də çətin bir məsələ deyil. Bu hadisə bir daha onu göstərir ki, istifadəçilər müxtəlif saytlar və servislərdəki hesabları üçün müxtəlif növ şifrələrdən istifadə etməlidirlər.
        Əks halda onların hesabları hackerlər tərəfindən rahatlıqla hack edilə bilər. Məsələ burasındadır ki, saytların çoxu PayPal və ya bank tətbiqləri kimi təkmilləşdirilmiş təhlükəsizlik sisteminə sahib deyillər. Faktiki olaraq adi saytların bu cür təhlükəsizlik sistemlərinə sahib olmaları da vacib deyil. Bu səbəbdən də bu cür saytlardan istifadəçi məlumatlarının oğurlanması o qədər də qəliz deyil. PayPal öz növbəsində kiberhücumdan zərər çəkmiş istifadəçilərini bu hadisə barəsində məlumatlandırıb. Şirkət həmçinin istifadəçilərinə iki faktorlu autentifikasiya imkanından istifadə etməyi və digər saytlardakı şifrələrini dəyişməyi məsləhət görüb. Qeyd etmək lazımdır ki, iki faktorlu autentifikasiya imkanının istifadə edilməsi bu cür kiberhücumların reallaşdırılmasının qarşısını alır.
    Linki kopyala