main-post-cover

    2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

    Təhlükəsizlik
    20.11.2020
    Farid Pardashunas
        İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az hissəsi öz məlumatlarının təhlükəsizliyi barəsində düşünür. Bu məsələdə ən geniş yayılmış səhv qərar etibarsız şifrələrdən istifadədir. NordPass adlı şifrələr menecerinin tərtibatçıları insanlar tərəfindən hansı şifrələrin daha çox istifadə olunduqlarını söyləyiblər. Bu barədə Gizmochina saytı xəbə verib.
        NordPass tərtibatçılarının sözlərinə əsasən milyonlarla insan öz istifadəçi hesablarına daxil olmaq üçün hələ də “123456” və “password” kimi etibarsız şifrələrdən istifadə edir. Bu cür şifrələr hər il ən etibarsız şifrələr kimi reytinqlərdə birinci pillələrdə qərarlaşırlar. Bu isə onu sübut edir ki, insanlar bu cür şifrələrin istifadəsindən imtina etmək niyyətində deyillər. NordPass tərtibatçılarının fikirlərinə əsasən 2020-ci ilin ən etibarsız şifrələr reytinqi aşağıdakı kimidir:
    - 123456
    - 123456789
    - picture1
    - password
    - 12345678
    - 111111
    - 123123
    - 12345
    - 1234567890
    - senha
    - 1234567
    - qwerty
    - abc123
    - Million2
    - 000000
    - 1234
    - iloveyou
    - aaron431
    - password1
    - qqww1122.
        İstifadəçilərin əksəriyyəti öz şəxsi məlumatlarını qorumaq üçün qəliz kombinasiyaya sahib şifrələri yadda saxlamaq istəmir. Bu problemi isə şifrələrin menecerləri artıq çoxdan aradan qaldırıblar. Bu cür servislər şifrə kombinasiyalarının hamısını özündə saxlayır və beləliklə istifadəçilər qəliz şifrə kombinasiyalarını yadda saxlamaq zəruriyyətindən azad olurlar. Bundan əlavə olaraq istifadəçilər öz şəxsi məlumatlarını qorumaq üçün mütləq iki faktorulu autentifikasiyadan istifadə etməlidirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər