main-post-cover

    19 yaşlı mütəxəssis 25 ədəd Tesla elektromobili üzərində uzaqdan idarəni əldə edə bilib

    Təhlükəsizlik
    13.01.2022
    Emil Nəcəfov
        İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo bildirib ki, o, 13 ölkədən Tesla-nın ümumilikdə 25 elektromobili üzərində uzaqdan idarəni əldə edə bilib. Bu barədə məlumatı o öz Twitter hesabında paylaşıb. Colombo bildirib ki, Tesla elektromobilləri üzərində uzaqdan idarəni əldə etmək üçün o, Tesla infrastrukturundakı hansısa boşluqdan istifadə etməyib. Bunun yerinə o sadəcə olaraq Tesla elektromobillərinin sahiblərinin istifadə etdikləri xüsusi tətbiqdən yararlanıb. Onun sözlərinə əsasən sözügedən tətbiqin bir sıra mənfi tərəfləri mövcuddur. Bunun nəticəsində Colombo 13 ölkədən Tesla-nın ümumilikdə 25 elektromobili üzərində idarəni əldə edib.
        Elektromobillər üzərində uzaqdan idarənin əldə edilməsinə baxmayaraq Colombo onları hərəkət etdirə bilmir. Lakin bununla belə o, elektromobillərin qapılarını aça, şüşələrini aşağı endirə, yerləşdikləri yerlər barəsində məlumatları əldə edə və s. əməliyyatları reallaşdıra bilər. Məlumata əsasən Colombo mövcud olan problemləri Tesla-nın dəstək xidmətinə çatdırıb. Hal hazırda şirkət sözügedən məsələnin qiymətləndirilməsi üzərində çalışır. Bu cür üsul ilə elektromobilləri uzaqdan hərəkət etdirmək mümkün olmasa da, dələduzlar onun vasitəsilə elektromobillərin oğurluğunu reallaşdıra bilərlər. 
    Linki kopyala