main-post-cover

    Xiaomi yeni istifadəçi interfeysi olan MIUI 14-ü təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.12.2022
    Farid Pardashunas
        Xiaomi 13 smartfon seriyası ilə yanaşı Xiaomi şirkəti həmçinin özünün yeni istifadəçi interfeysi MIUI 14-ü təqdim edib. Bu dəfə şirkət tərtibatçıları yeni istifadəçi interfeysi çərçivəsində performans gücünün artırılması üçün Android əməliyyat sisteminin nüvəsinə ciddi diqqət ayırıblar. MIUI 14 daxilində Razor adlı layihə reallaşdırılıb. Sözügedən layihə əməliyyat sisteminin həcmini azaltmağa istiqamətlənib. Beləliklə MIUI 14 ilə birlikdə əməliyyat sisteminin ümumi həcmi 13.09 GB təşkil edir. Bundan əlavə olaraq MIUI 14 çərçivəsində əməliyyat sistemi RAM yaddaşının cəmi 3.3 GB-nı istifadə edir. Yeni istifadəçi interfeysində silinməsi mümkün olmayan sistem tətbiqlərinin sayı 8 ədəd təşkil edib.
        Söhbət, kamera, ayarlar, telefon, Mi Store, mesajlar, brauzer, kontaktlar və File Explorer tətbiqlərindən gedir. Yerdə qalan bütün sistem tətbiqlərini silmək mümkündür. Şirkətin verdiyi məlumata əsasən MIUI 14-ün ümumi çalışma sürəti 88% yüksəlib. Bununla yanaşı tətbiqlər 16% daha az enerji sərf edirlər. MIUI 14 çərçivəsində bir neçə ay ərzində istifadə edilməyən tətbiqlərin həcmləri daha da sıxılır və bunun sayəsində onlar yaddaşda daha az yer tuturlar. Yeni istifadəçi interfeysində bəzi vizual dəyişikliklər də reallaşdırılıb. Məsələn tətbiqlərin ikonları üçün (çox güman ki, standart sistem tətbiqləri üçün) təqdim edilən 4 ölçüdən birini seçmək mümkün olacaq.
        Bundan əlavə olaraq istifadəçilər əsas ekrana rəqəmsal heyvanı yerləşdirə biləcəklər. Misal olaraq pişik vidjeti təqdim edilib. Gün ərzində rəqəmsal heyvan öz işləri ilə məşğul olacaq. Bu üsul ilə şirkət istifadəçilərdə xoş hislər yaratmağı hədəfləyib. MIUI 14 vasitəsilə çalışan smartfonlar naqilsiz qulaqlıqlara 1.5 dəfə daha sürətli şəkildə qoşula biləcəklər. MIUI 14-ü ilk əldə etmiş smartfonlar Xiaomi 13Xiaomi 13 Pro olublar. Gələn ilin yanvar ayından başlayaraq yeni istifadəçi interfeysini Xiaomi 12, Xiaomi 12S, Redmi K50 smartfonları və qatlana bilən Mix Fold 2 smartfonu əldə edəcəklər. Aprel ayında isə MIUI 14 Xiaomi Pad 5Redmi Pad planşetləri üçün istifadəyə veriləcək. Çox güman ki, daha sonra yeni istifadəçi interfeysi tədricən şirkətin digər smartfonları üçün də istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər