Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib

Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib

Əməliyyat sistemləri
08.04.2021 PAYLAŞIM

    Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində məlumat verib. Şirkət əsasən yeni istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını təqdim edib və həmin smartfonların MIUI 12.5-i nə zaman əldə edəcəklərini söyləyib. Xiaomi bildirib ki, bu ay yeni istifadəçi interfeysi əsasən Çin bazarındakı cihazlar üçün istifadəyə veriləcək.

    Görünür, MIUI 12.5-in qlobal versiyası may ayında istifadəçilərə təqdim ediləcək. Adətən Çin üçün nəzərdə tutulmuş versiya ilə qlobal versiya arasındakı müddət aralığı bir neçə həftə təşkil edir. Şirkət MIUI 12.5-in istifadəyə verilməsini iki mərhələdə reallaşdıracaq. Yeni istifadəçi interfeysini ilk əldə edəcək smartfonlar aşağıdakı kimidir:


- Birinci mərhələ: Mi 9 SE, Mi 10, Mi 10 Pro, Mi 10 Ultra, Mi 11

- İkinci mərhələ: Mi 10 Youth Edition, Mi 10S, Mi 11 Pro, Mi 11 Ultra, Mi CC9 Pro, Redmi 10X, Redmi 10X Pro, Redmi K30 5G, Redmi K30 Pro, Redmi K30i, Redmi K30S, Redmi K40, Redmi K40 Pro, Redmi Note 9 Pro.

    Birinci mərhələyə daxil olan smartfonlar MIUI 12.5-i 30 aprel tarixində əldə edəcəklər. İkinci mərhələyə daxil olan smartfonlar üçün MIUI 12.5-in istifadəyə verilmə tarixi isə daha sonra elan ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi MIUI 14-ü əldə edəcək smartfonlarının siyahısını genişləndirib..

Xiaomi şirkəti yaxın zamanda MIUI 14 istifadəçi interfeysini əldə edəcək cihazlarının siyahısını gen..


Hindistanda BharOS adlı milli mobil əməliyyat sistemi hazırlanıb

Hindistan BharOS adlı fərdi mobil əməliyyat sistemini təqdim edib. Təqdim edilmiş əməliyyat sistemi ..


iOS 17 barəsində ilk məlumatlar təqdim edilib

İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər..


Android 14-də köhnəlmiş tətbiqlərin quraşdırılması bloklanacaq

Bu il təqdim ediləcək Android 14-ün beta versiyasının kodunda yeni təhlükəsizlik qaydası aşkar edili..


Apple Music, TV və Devices tətbiqləri Windows 11-də istifadəyə verilib

Windows 11-də Apple şirkətinin bəzi tətbiqlərinin test versiyaları istifadəyə verilib.


Google Chrome brauzerinin Android versiyası çox faydalı yeni funksiya əldə edib..

Google Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına Instance Switcher adlı yeni funk..

×