main-post-cover

    Xiaomi rəsmi şəkildə MIUI 14-ü anons edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    17.11.2022
    Farid Pardashunas
        Xiaomi şirkəti rəsmi şəkildə MIUI 14 istifadəçi interfeysini anons edib. Yeni istifadəçi interfeysinin təqdimatından öncə isə şirkət tərtibatçıları onun loqosunu tədqim ediblər. Bundan əlavə olaraq onlar MIUI 14-ün hansı fərqləndirici özəlliklərə sahib olacağı barəsində bəzi məlumatları da veriblər. Məlumatda qeyd edilib ki, şirkət tərtibatçıları daha yaxşı optimizasiya edilmiş və daha yüngül istifadəçi interfeysini təqdim etmək istəyirlər. Görünür, loqodakı rəqəmləri yarı şəffaf etməklə şirkət istifadəçi interfeysinin yüngüllüyünü sərgiləmək istəyib. MIUI 14-ün xarici görünüşü və yeni funksiyaları barəsində heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Xiaomi Snapdragon 8 Gen 2 vasitəsilə çalışacaq ilk smartfonunun yaxın zamanda təqdim ediləcəyini artıq anons edib. Çox güman ki, söhbət, Xiaomi 13 smartfon seriyasından gedir. MIUI 14 istifadəçi interfeysi isə məhz Xiaomi 13 ilə birlikdə təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər