main-post-cover

    Xiaomi öz smartfonlarında Google servislərinin bloklanması məsələsinə aydınlıq gətirib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.02.2021
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, MIUI 12.5 yenilənməsinin istifadəyə verilməsi ilə Xiaomi şirkəti bəzi smartfonlarının Çin versiyalarında Google servislərini (GMS) bloklamağa başlayıb. Həmin məlumatların yayılmasından bir neçə gün sonra Xiaomi bu məslə ilə bağlı rəsmi bəyanat verib. “Biz fikir verdik ki, məsələnin əsas mahiyyəti barəsində məlumatı olmayan istifadəçilər və kütləvi informasiya vasitələri bizim smartfonlarımızın GMS-i dəstəkləmədiyi məlumatlarını yayıblar. Səhv məlumatların yayılmasının qarşısını almaq üçün biz bu məsələyə aydınlıq gətirməliyik” - deyə şirkət bildirib.
        Xiaomi qeyd edib ki, bu məlumat həvəskarlar tərəfindən təşkil edilmiş MIUI qruplarının istifadəçiləri tərəfindən yayılıb. Yəni, ortaya çıxmış məlumatlar doğruluğu əks etdirmirlər. Şirkət bildirb ki, GMS-in smartfonlarda bloklanması məlumatı sadəcə bir şayiədir. Çin bazarında satılan bir sıra smartfonlarda əvvəlcədən Google servisləri quraşdırılmış şəkildə olur. Lakin bəzi smartfonlar üçün bu nəzərdə tutulmayıb. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, gələcəkdə bu cür smartfonların istifadəçiləri fərdi şəkildə Google servislərini quraşdıra bilməyəcəklər. Lakin buna baxmayaraq Çin bazarında Google servislərinə sahib smartfonlar daha çox satışa çıxacaq. Bütün bu dəyişikliklər smartfonların qlobal versiyalarına aid deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər