Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər

Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər

Əməliyyat sistemləri
16.03.2023 PAYLAŞIM

    Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini təqdim edəcək. Bu barədə məlumatı şirkətin proqram təminatının hazırlanması şöbəsinin rəhbəri Zhang Guoquan verib. MIUI 14-ü 2020-ci ildə satışa çıxmış konkret olaraq hansı smartfonların əldə edəcəkləri bilinmir. Lakin məlumata əsasən bu siyahıya daxil olacaq smartfonlar arasında dəqiq şəkildə Mi 10 Mi 10 Pro modelləri olacaq. Zhang Guoquan bildirib ki, MIUI 14-ün stabil versiyası Mi 10 smartfon seriyasında aktiv olacaq.

    Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyasına həmçinin Mi 10 Youth Edition, Mi 10S Mi 10 Ultra modelləri daxildir. Nəticə etibarilə 2020-ci ildə satışa çıxmış hansı smartfonların MIUI 14 yenilənməsini əldə edəcəkləri yaxın zamanda bilinəcək. Məlumatda qeyd edilib ki, planlaşdırılan smartfonlar üçün MIUI 14-ün beta versiyası gələn həftə təqdim ediləcək. Çox güman ki, istifadəçi interfeysinin stabil versiyası həmin smartfonlar üçün aprel ayında istifadəyə veriləcək.




DAHA ÇOX


Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını is..


Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstə..

Apple şirkətinin bütün yeni kompüterləri Apple M seriyasına daxil olan prosessorlar ilə təchiz olunu..


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..

×