Xiaomi MIUI 14-ü əldə edəcək smartfonlarının siyahısını genişləndirib

Xiaomi MIUI 14-ü əldə edəcək smartfonlarının siyahısını genişləndirib

Əməliyyat sistemləri
30.01.2023 PAYLAŞIM

    Xiaomi şirkəti yaxın zamanda MIUI 14 istifadəçi interfeysini əldə edəcək cihazlarının siyahısını genişləndirib. Söhbət, təkcə flaqman smartfonlardan getmir. Belə ki, MIUI 14-ü əldə edəcək smartfonlar siyahısına həmçinin müxtəlif qiymət kateqoriyasına daxil olan cihazlar da əlavə edilib. Onların arasında Redmi modelləri daha çoxdur. Beləliklə MIUI 14-ü yaxın zamanda əldə edəcək cihazlar siyahısına 24 ədəd smartfon əlavə edilib. Siyahı aşağıdakı kimidir.

    Xiaomi: Mix 4, 12X, 11 Ultra, 11 Pro, 11, 11 Youth Vitality Edition, 10S, Civi 1S, Civi 2


    Redmi: K40 Pro, K40S, K40, Note 12 Pro, Note 12 Pro+, Note 12 5G, Note 12 Discovery Edition, Note 12 Trend Edition, Note 11T Pro, Note 11T Pro+, Note 11E, K40 Gaming Enhanced Edition, Note 10 Pro, Note11 Pro, Note11 Pro+.

    Məlumatda qeyd edilib ki, siyahıda olan bütün  bu smartfonlar MIUI 14 istifadəçi interfeysini mart ayının sonuna kimi əldə edəcəklər. Daha yeni smartfonlar üçün MIUI 14 Android 13 əsasında, daha köhnə smartfonlar üçün isə Android 12 əsasında təqdim ediləcək. Qeyd etmək lazımdır ki, MIUI 14-ün sözügedən smartfonlar üçün mart ayının sonuna kimi istifadəyə verilməsi hələ ki, Çin bazarı üçün aktualdır. Digər regionlar üçün isə bu smartfonlarda MIUI 14 daha sonra istifadəyə veriləcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'..

İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot..


Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır..

Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən proble..


Android 14 əsaslı OneUI 6-nı əldə etməyəcək Samsung smartfonlarının siyahısı təq..

İnsayderlər Samsung şirkətinin öz cihazlarındakı proqram təminatı yenilənməsi üzrə siyasətinə əsasla..


Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər..

Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini tə..


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat..

Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il..


Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə..

×