Xiaomi göz yorğunluğunu azaltmaq üçün MIUI 12-ə yeni funksiya əlavə edəcək

Xiaomi göz yorğunluğunu azaltmaq üçün MIUI 12-ə yeni funksiya əlavə edəcək

Əməliyyat sistemləri
04.07.2020 PAYLAŞIM

        Xiaomi şirkəti bu il ənənələri pozaraq yeni MIUI yenilənməsi olan MIUI 12-ni payız aylarında yayımlamaq əvəzinə daha tez paylaşmağı seçdi. Qeyd edək ki, hal-hazırda MIUI 12 yenilənməsi Mi 10Mi 9 smartfon seriyası üçün Qlobal Stabil versiya olaraq yayımlanıb. Tərtibatçıların MIUI 12 interfeysi üzərində apardığı tərsinə mühəndislik prosesləri hesabına şirkətin yeni bir funksiya üzərində işləyidi aşkarlanıb.

Yeni funksiya ilə Xiaomi şirkəti MIUI 12 istifadə edən istifadəçilərin göz yorğunluğunu maksimum dərəcə azaltmağı planlayır.


        Funksiyanı aşkarlayan mühəndislərin dediklərinə görə yeni funksiya Gecə Rejimindən daha fərqli işləyir. Bu funksiya aktivləşdirildiyi zaman smartfonun interfeysinə kağız rənginə bənzər bir filter əlavə olunur. Həmçinin bundan başqa 3 ədəd seçim də istifadəçilərə veriləcək: Bunlar tam rənglər, açıq rənglərağ/qara seçimi olacaq.    

        Tam rənglər seçimində funksiya kağız rəngli filteri əlavə etdikdən sonra interfeysdəki rənglərdə heç bir dəyişiklik etməyəcək. Açıq rənglər seçimində isə filter əlavə olunandan sonra rənglər biraz daha solğunlaşdırılacaq. Ağ/Qara seçimində isə bütün rənglər sadəcə ağ və qaradan ibarət olacaq. Qeyd edək ki, bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələki bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-da konkret videokartın müəyyən tətbiq üçün ayarlanması funksiyası rea..

Microsoft tərtibatçıları Windows 10-un yeni versiyasına faydalı funksiya əlavə ediblər.


Microsoft şirkəti Windows-un ən məşhur funksiyalarından birinin imkanlarını geni..

Ctrl-V və Ctrl-C düymələrinin kombinasiyası Windows istifadəçilərinə çoxdan məlumdur. Ənənəvi funksi..


Microsoft şirkəti Windows 10-u daha bir ənənəvi funksiyadan məhrum edib

Windows 10-un sistem yenilənmələri istifadəçilərə yeni funksiyalar gətirməkələ yanaşı bəzən ənənəvi ..


Samsung öz smartfonlarının Android dəstəklərini uzatdı: Smartfonlar neçə il ərzi..

Samsung şirkəti öz smartfonlarının uzunmüddətli dəstəklənməsi mövzusunda seçilmirdi.


Google özünün AirDrop analoqu olan Nearby Sharing-i rəsmi şəkildə istifadəyə ver..

Bir neçə aylıq beta testdən və məlumat sızıntılarından sonra Google şirkəti sonunda özünün AirDrop a..


Xiaomi şirkəti Android One proqramından çıxıb: Səbəb nədir?

Xiaomi şirkəti bundan sonra təmiz Android əməliyyat sisteminə sahib smartfonlar istehsal etməyəcək. ..

×