main-post-cover

    Windows 7 istifadəçiləri Windows 11-i daha qəliz üsul ilə əldə edəcəklər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.07.2021
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verməyə davam edir. Məlum olub ki, yeni əməliyyat sistemini təkcə Windows 10 deyil həmçinin daha əvvəlki Windows versiyalarının istifadəçiləri də əldə edə biləcəklər. Lakin daha əvvəlki Windows versiyalarının istifadəçiləri bu proses zamanı bir sıra çətinliklər ilə qarşılaşacaqlar. Windows 10 vasitəsilə çalışan və Windows 11-in sistem tələblərinə uyğun olan kompüterlər yeni əməliyyat sistemini sistem ayarları vasitəsilə sadə şəkildə əldə edə biləcəklər.
        Bu proses əməliyyat sistemi yenilənməsinin quraşdırılması kimi sadə olacaq. Lakin Windows 7 vasitəsilə çalışan kompüterlərə sahib istifadəçilər Windows 11-i əldə etmək istədikləri halda daha qəliz prosesdən keçməli olacaqlar. Belə ki, sözügedən halda istifadəçilər Windows 11-in kompüterə sıfırdan quraşdırılmasını reallaşdırmalı olacaqlar. Çünki Windows 7 birbaşa Windows 11-ə kimi yenilənməni dəstəkləmir.
        “Hal hazırda satışda olan bir çox cihaz Windows 11 yenilənməsini əldə edəcək. Sizin həm Windows 11 yenilənməsini əldə etmək, həm də yeni əməliyyat sistemini sıfırdan quraşdırmaq imkanınız olacaq. Windows 11-in sistem tələblərinə uyğun gələn, lakin Windows 7 ilə çalışan cihazlarda yeni əməliyyat sisteminin yalnız sıfırdan quraşdırılması üsulu aktiv olacaq” - deyə Microsoft bildirib. Qeyd etmək lazımdır ki, Windows 7-ə hələ də böyük tələbat var və bu əməliyyat sistemi milyonlarla kompüterə quraşdırılıb. Windows 7-nin dəstəyi rəsmi olaraq keçən ilin yanvar ayında dayandırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər