main-post-cover

    Windows 11 yenilənmələri arasındakı zaman intervalı daha böyük olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    12.07.2021
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 11 barəsində məlumatlar təqdim etməyə davam edir. Bu dəfə şirkət yeni əməliyyat sistemi üçün yenilənmələrin hansı zaman intervalında təqdim olunacaqları və hər yeni versiyanın nə qədər müddət ərzində dəstəklənəcəyi barəsində məlumat verib. Beləliklə məlumata əsasən şirkət Windows 11 üçün ildə bir dəfə böyük yenilənmə təqdim etməyi planlaşdırır.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Windows 10 ildə iki dəfə böyük yenilənmə əldə edir. Gözləntilərə əsasən Windows 11-in hər yeni versiyası yaz fəslində istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, Windows 11 Home, Windows 11 Pro, Windows 11 Pro Education Windows 11 Pro for Workstations versiyalarının yeniləri Microsoft tərəfindən 24 ay ərzində dəstəklənəcək. Bu müddətin sona çatmasından sonra istifadəçilər bu və ya digər versiya üçün təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər.
        Windows 11 Enterprise, Windows 11 Education Windows 11 IoT (Internet of Things) üçün dəstəklənmə müddəti 36 ay təşkil edəcək. Maraqlısı ondadır ki, Widnows 11-in istifadəyə verilməsindən sonra Microsoft Windows 10 üzərində işləri dayandırmaq niyyətində deyil. Yeni əməliyyat sistemi kimi Windows 10 da ildə bir dəfə böyük yenilənmə əldə edəcək. Çox güman ki, Windows 10 üçün bu proses 2025-ci ilə kimi davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər