Windows 11-in Start menyusunda istifadəçilərə maraqlı olacaq saytların linkləri əks olunacaq

Windows 11-in Start menyusunda istifadəçilərə maraqlı olacaq saytların linkləri əks olunacaq

Əməliyyat sistemləri
18.09.2023 PAYLAŞIM

    Microsoft şirkəti Windows 11-in Start menyusundakı məsləhət xarakterli bölməni genişləndirmək qərarına gəlib. Belə ki, Windows 11-in test versiyasının istifadəçiləri üçün artıq genişləndirilmiş məsləhətlər təqdim edilməyə başlayıb. Şirkət öz əməliyyat sisteminin Start menyusunda istifadəçinin baxış tarixçələri əsasında ona maraqlı ola biləcək veb resursları məsləhət görməyə başlayıb. Həmin məsləhətlər qeyd edilmiş veb resurslara linklər şəklində təqdim olunur.

    Məlumatda qeyd edilib ki, bu yeni özəllik istifadəçi üçün vacib olan veb resursları ona sürətli şəkildə təqdim etmək istiqamətində reallaşdırılıb. Adətən istifadəçilər mütəmadi şəkildə daxil olduqları veb resursları brauzerin qovluqlarına əlavə edirlər. Lakin Microsoft-un fikrincə həmin veb resurslar həmçinin əməliyyat sisteminin Start menyusunda da əks olunmalıdır. İstifadəçi öz istəyinə uyğun olaraq bu imkanı əməliyyat sisteminin ayarlarında deaktiv edə biləcək. Funksiyanın yaxın zamanda stabil Windows 11-də istifadəyə veriləcəyi gözlənilir.




DAHA ÇOX


Paint-ə süni zəka vasitəsilə fotoların tərtib edilməsi funksiyası əlavə edilib..

Microsoft şirkəti bir neçə gün bundan öncə Windows 11 üçün Windows 11 2023 Update yenilənməsini isti..


MacOS Sonoma əməliyyat sisteminin stabil versiyası istifadəyə verilib

4 ay ərzində olmuş test mərhələsindən sonra Apple şirkəti macOS Sonoma əməliyyat sisteminin stabil v..


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..


Windows 11 üçün yaxın zamanda hansı yeniliklər istifadəyə veriləcək?

Microsoft şirkəti 26 sentyabr tarixində Windows 11 üçün növbəti böyük yenilənməni istifadəyə verəcək..


OneUI 6-nın ilk beta versiyası Galaxy S22 smartfonları üçün istifadəyə verilib..

Biraz əvvəl məlum oldu ki, Samsung şirkəti özünün OneUI 6.0 istifadəçi interfeysinin ilk beta versiy..


Galaxy S21 smartfonları üçün OneUI 6-nın ilk beta versiyası istifadəyə verilib..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin testlərini aparmağa davam edir...

×