main-post-cover

    Windows 11-in interfeys fotoları ilə test videosu ortaya çıxıb (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    16.06.2021
    Emil Nəcəfov
        24 iyun tarixində Microsoft şirkəti yeni Windows versiyasının təqdimatını keçirdəcək. Söhbət, Windows 11-dən gedir. İndi isə internetdə Windows 11-in interfeysinin fotoları və test videosu ortaya çıxıb. Bir müddətdən sonra isə internetdə həmçinin yeni əməliyyat sisteminin ekran temaları yayılıb. Microsoft artıq rəsmi şəkildə bu fotoların həqiqət olduğunu təsdiqləyib. Beləliklə ortaya çıxmış fotolardan da görmək olar ki, yeni əməliyyat sisteminin interfeys dizaynının bəzi elementləri artıq ləğv edilmiş Windows 10X-dən götürülüb. Şirkət Taskbar ikonlarını macOS-dəki kimi mərkəz hissəyə daşıyıb. Bundan əlavə olaraq Start düyməsindəki elementlərdə də dəyişikliklər edilib.
        Belə ki, artıq kərpic formasında olan elementlər yoxdur. Buna baxmayaraq ən çox istifadə olunan tətbiqlərin shortcut-larını saxlamaq özəlliyi yerində qalıb. Ortaya çıxmış test videosuna gəldikdə isə söhbət, Windows 11-in ilkin versiyasında gedir. İnsayderlər artıq həmin versiyanı test edərək yeni əməliyyat sisteminin Windows 10-dan fərqi barəsində məlumat veriblər. Beləliklə Windows 11-i əvvəlki versiyalardan fərqləndirən əsas element yenilənmiş Taskbar hissəsidir. Windows 11-də Taskbar ekranın aşağı mərkəz hissəsində yerləşir. Bir çox standart ikonun və vizual elementin redizaynı reallaşdırılıb. Bütün nişanlar ilə pəncərələr isə dairəvi kənar hissələrə sahibdirlər.
        Daha bir yenilik ondan ibarətdir ki, vidjetlər panelinin işə salınması üçün ayrıca ikon yaradılıb. Onun sayəsində istifadəçi sürətli şəkildə hava proqnozunu, xəbərləri və digər faydalı məlumatları izləyə bilər. Sistemin tətbiqlər mağazasında demək olar ki, heç bir dəyişiklik yoxdur. Məlumata əsasən şirkət tətbiqlər mağazasını Windows 11-in istifadəyə verilməsinə az müddət qalmış yeniləyəcək. Bundan əlavə olaraq videoda təkmilləşdirilmiş Xbox tətbiqi sərgilənib. Görmək olar ki, Xbox tətbiqi əməliyyat sisteminə daha sıx inteqrasiya edilib. Bundan əlavə olaraq insayderlər yeni əməliyyat sisteminin ekran temalarını da təqdim ediblər. Windows 11 barəsində daha çox məlumat 24 iyun tarixindəki təqdimat tədbirində veriləcək.
    Linki kopyala