Reklam
Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Əməliyyat sistemləri
20.06.2022 PAYLAŞIM

    Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya hansı tətbiqlərin sonuncu dəfə kompüterin veb kamerasından, mikrofonundan və ya digər komponentlərindən istifadə etdiklərini əks etdirir. Bura həmçinin istifadəçinin xəbəri olmadan kompüterin komponentlərindən istifadə edən tətbiqlər də daxildirlər. Privacy Auditing adlı bu yeni funksiya Microsoft şirkətinin korporativ təhlükəsizlik üzrə vitse-prezidenti David Weston tərəfindən Twitter-də sərgilənib. Sözügedən yeni funksiya Windows 11-in tərtibatçılar üçün nəzərdə tutulmuş test versiyasında artıq istifadəyə verilib. Funksiyanı əməliyyat sisteminin daxilindəki Privacy & security bölməsindən aktivləşdirmək olar.


    Beləliklə sözügedən funksiya sonuncu edilmiş əməliyyatların siyahısını izləməyə imkan verir. Bu üsul ilə hansı tətbiqlərin mikrofondan, kontaktlar siyahısından, telefon zəngləri funksiyasından, veb kameradan və istifadəçinin yerləşdiyi yeri təyin edən mexanizmdən istifadə etdiklərini təyin etmək olar. Beləliklə bu funksiya əməliyyat sisteminin işini daha şəffaf edir və istifadəçiyə şübhəli aktivliyin təyin edilməsində yardımçı olur. Məsələn əməliyyat sistemi daxilində olan təqvim tətbiqinin aktiv şəkildə veb kameradan istifadə etməsi artıq kompüterin viruslara yoluxub-yoluxmadığını yoxlamaq üçün tutarlı səbəbdir. Hal hazırda bu yeni funksiya ilkin test mərhələsindən keçir. Onun stabil Windows 11-də nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender antivirus tətbiqi yeni faydalı funksiyanı əldə edib

Microsoft şirkəti Windows 11 üçün növbəti yenilənmənin təqdim edildiyini elan edib.


Niderlandın təhsil müəssisələrində Chrome brauzeri ilə ChromeOS ƏS-nə məhdudiyyə..

Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi Chrome brauzerinin və ChromeOS əməliyyat sisteminin ..


Samsung smartfonlarında bütün özəl məlumatları gizlətməyə imkan verəcək funksiya..

Telefonun təmirə verilməsi hər zaman konfidensial məlumatların ortaya çıxması riski ilə müşaiyət edi..


iOS 16-da Always on Display funksiyası bir qədər fərqli şəkildə çalışacaq..

9to5mac saytının jurnalistləri iPhone-larda çoxdan gözlənilən Always on Display funksiyasının sonund..


Huawei HarmonyOS 3 əməliyyat sistemini təqdim edib

Huawei rəsmi şəkildə HarmonyOS 3.0 əməliyyat sistemini təqdim edib.


MIUI 14-ün screenshot fotoları ortaya çıxıb

Xiaomi, Redmi və POCO smartfonları üçün nəzərdə tutulmuş MIUI 14 istifadəçi interfeysinin screenshot..

×