main-post-cover

    Windows 11-də reallaşdırılacaq yeniliklər məlum olub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.08.2022
    Farid Pardashunas
        Microsoft yaxın zamanda Windows 11 üçün 22H2 adlı böyük yenilənməni təqdim etməyi planlaşdırır. Əməliyyat sisteminin yeni versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat olmasa da, onun yaxın həftələrdə təqdim ediləcəyi gözlənilir. Belliklə 22H2 yenilənməsi vasitəsilə Windows 11 bir sıra yeni özəllikləri əldə edəcək və həmin özəlliklər əməliyyat sisteminin işini yaxşılaşdırmalı və onda olan səhvləri aradan qaldırmalıdır. Yeniliklər əsasən Start menyusunu əhatə edəcək. Belə ki, Start menyusuna sonunda tətbiqlərdən ibarət qovluqları əlavə etmək mümkün olacaq.
        İstifadəçilər həmçinin sensorlu ekranlar üçün yeni jestlər də əldə edəcəklər. Taskbar-da isə yeni animasiyaların olacağı gözlənilir. Windows 11-in yeni versiyası Live Captions adlı funksiyasının dəstəyinə sahib olacaq. Bu funksiya səsli fayllar üçün avtomatik atyazılar yaradacaq. Bundan əlavə olaraq əməliyyat sisteminin yeni versiyasında kompüterin səsli əmrlər vasitəsilə idarə funksiyası reallaşdırılacaq. Lakin bu funksiyanın hansı səviyyədə çalışacağı bilinmir. Daha bir yenilik Task Manager-in Dark Mode rejimini dəstəkləməsi olacaq. Əməliyyat sisteminin yeni versiyasındakı File Explorer tətbiqi sonunda qovluqların dəstəyini əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər