Windows 11-də Android tətbiqlərin necə görünəcəkləri ilə bağlı fotolar ortaya çıxıb
Proqram Təminatı
Əməliyyat sistemləri
17.10.2021
Farid Pardashunas
Bu ayın əvvəlində Microsoft şirkəti Windows 11-in stabil versiyasını rəsmi şəkildə istifadəyə verdi. Lakin yeni əməliyyat sistemi hələ ki, Android tətbiqlərin dəstəklənməsi funksiyasına sahib deyil. Gözləntilərə əsasən Windows Subsystem for Android altsistemi yaxın aylarda əməliyyat sisteminin test versiyalarında istifadəyə veriləcək və artıq gələn il bütün istifadəçilər üçün aktiv olacaq. Lakin internetdə Android tətbiqlərin Windows 11-də necə görünəcəkləri ilə bağlı fotolar artıq ortaya çıxıb.
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Windows 11-də olacaq Android altsistemi bildirişlər mərkəzi ilə inteqrasiya olunacaq və ayrı-ayrı pəncərələrdə müxtəlif Android tətbiqləri işə salmağa imkan verəcək. Ortaya çıxmış fotolar bu özəllikləri təsdiqləyiblər. Güman olunur ki, istifadəçilər eyni tətbiqin bir neçə kopyasını işə sala biləcəklər. Bu özəllik bəzi istifadəçilər üçün çox faydalı olacaq. Belə ki, bəzi istifadəçilər eyni tətbiqdə fərqli istifadəçi hesabları ilə çalışırlar. Nəticədə onlar bu funksiyadan istifadə edərək sözügedən prosesi rahatlıqla reallaşdıra biləcəklər. Bundan əlavə olaraq istifadəçilər Android tətbiqləri əməliyyat sisteminin Taskbar hissəsinə bərkidə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək