Windows 10-da konkret videokartın müəyyən tətbiq üçün ayarlanması funksiyası reallaşdırılıb
Proqram Təminatı
Əməliyyat sistemləri
14.08.2020
Farid Pardashunas
Microsoft tərtibatçıları Windows 10-un yeni versiyasına faydalı funksiya əlavə ediblər. Belə ki, bu və ya digər tətbiqin aktivləşdirilməsi zamanı yeni funksiya vasitəsilə qrafik sürətləndiricinin məcburi işə düşüb-düşməyəcəyini ayarlamaq mümkün olacaq. Beləliklə kompüter və noutbuk istifadəçiləri lazımi qrafik sürətləndiricini öncədən ayarlanmış ssenari üzrə işə sala biləcəklər. Bu barədə Techradar saytı xəbər verib.
Bu yeni funksiya Windows 10-un 20190 nömrəli versiyasına əlavə ediləcək. Bu funksiya vasitəsilə istifadəçilər yüksək performans tələb edən tətbiqlər üçün qrafik prosessoru seçə bilə və ya cihazın çalışma müddətini yüksəltmək üçün həmin tətbiqin daxili videokartdan istifadəsini deaktiv edə bilər. Bu ən çox iki videokarta sahib noutbukların istifadəçiləri üçün aktualdır.
Sözügedən funksiya digər istifadəçilərə də lazım ola bilər. Belə ki, bir çox chazlarda müxtəlif gücə sahib bir neçə videokart yerləşdirilir. Hansısa videokartın müəyyən tətbiq üçün ayarlanması bir dəfə baş vercək və istifadəçi hər dəfə bu və ya digər tətbiqi işə salan zaman həmin tətbiq üçün nəzərdə tutulmuş GPU avtomatik aktivləşəcək. Qeyd etmək lazımdır ki, hal hazırda Windows 10-un 20190 nömrəli versiyası beta test mərhələsindədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ