main-post-cover

    Windows 10-da Android tətbiqlərin işə salınması funksiyası reallaşdırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    01.03.2021
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda Windows 10-da Android tətbiqlərin yüklənib işə salınması funksiyasını reallaşdıracaq. Bir neçə müddət bundan öncə Latte adlı layihə barəsində təfərrüatlar və istifadəçilərin Android tətbiqləri Windows 10-da işə salacaqları halda qarşılaşacaqları məhdudlaşdırıcılar məlum olmuşdu. Məlumata əsasən bu funksiya Linux tətbiqlərin çalışmaları zamanı istifadə olunan WSL sisteminin bazası əsasında qurulacaq. Bununla belə Android tətbiqlərin Windows-da işə salınmaları üçün tərtibatçılar ayrı platforma yaratmalı olacaqlar. Həmin platforma mobil tətbiqləri Windows Store mağazasına yerləşdirmək imkanını verəcək.
        İnsayderlərin fikirlərinə əsasən bu üsul ayarlarda tərtibatçı rejiminin aktivləşdirilməsindən sonra Android tətbiqlərin Windows 10-da işə salınması imkanını verəcək. Bununla belə məlumatda qeyd edilib ki, Project Latte layihəsi çərçivəsində Google tətbiqləri çalışmayacaqlar. Belə ki, onların istifadəsi yalnız Android və Chrome OS üçün lisenziyalaşdırılıb. Qeyd etmək lazımdır ki, daha öncədən Microsoft buna bənzər Astoria adlı layihəni işə salmışdı. Lakin bir müddətdən sonra layihə bağlanmışdı. Project Latte-nin nə zaman reallaşdırılacağı barəsində məlumat yoxdur. Lakin bir sıra məlumatlara əsasən Android tətbiqlərin Windows 10-da dəstəklənmələri ya bu ilin sonunda ya da gələn ilin əvvəlində reallaşdırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər