main-post-cover

    Tiramisu kod adına sahib Android 13-ün test versiyasının ilk fotoları təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.12.2021
    Farid Pardashunas
        XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını təqdim ediblər. Hal hazırda aktual olan Android 12 ilə müqayisədə Android 13-ün test versiyasında 4 maraqlı yenilik aşkar edilib. Qeyd etmək lazımdır ki, Android 13-ün ortaya çıxmış test versiyası Tiramisu kod adına sahibdir. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Android 13-ün əsas yeniliklərindən biri hər bir tətbiq üçün müəyyən dil seçimi olacaq. Başqa sözlə desək, əməliyyat sisteminin interfeysi müəyyən dildə, istifadəçi tərəfindən seçilmiş tətbiq isə tamamilə fərqli dildə çalışacaq, Bundan əlavə olaraq bloklanmış ekranın təkmilləşdirilməsi də mümkün olacaq.
        Məsələn istifadəçi bloklanmış ekrandakı saatın ölçüsünü kiçildə biləcək. Bunun sayəsində bloklanmış ekrandakı əlavə yerdə digər vidjetləri yerləşdirmək mümkün olacaq. Android 13-də istifadəçi tərəfindən tətbiqlərə veriləcək icazələrin daha dəqiq şəkildə idarəsi imkanı reallaşdırılacaq. Android 13-də həmçinin Bluetooth LE Audio kodekinin genişləndirilmiş imkanlarının dəstəyi aşkar edilib. Sözügedən kodek sentaybr ayında təqdim edilmişdi. Qeyd etmək lazımdır ki, sözügedən kodek hətta aşağı enerji sərfiyyatı vəziyyətində də yüksək səslənmə keyfiyyətini təmin edir. Android 13-ün ilk test versiyalarının 2022-ci ilin birinci yarısında tərtibatçılara təqdim ediləcəyi gözlənilir. Əməliyyat sisteminin özü isə çox güman ki, gələn ilin may ayında Google I/O 2022 tədbirində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər