main-post-cover

    Statistika: Windows 11 hələ də Windows 10-dan bir xeyli geridə qalır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    03.11.2022
    Farid Pardashunas
        Statcounter adlı sayt Windows əməliyyat sisteminin müxtəlif versiyalarının bazardakı payları barəsində hesabatı təqdim edib. Windows 11-in istifadəyə verilməsindən 1 ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq Statcounter-in hesabatı onu göstərir ki, Microsoft-un yeni əməliyyat sistemi Windows 10-dan geridə qalır. Beləliklə oktyabr ayı üzrə olan statistikaya əsasən Windows 11 cihazların 15.44%-nə quraşdırılıb. Sentyabrda bu göstərici 13.61% təşkil etmişdi. Hal hazırda Widnows 11 Microsoft-un ikinci ən məşhur əməliyyat sistemidir və o, Windows 7-ni 5.83% göstəricilə geridə qoyur. 2020-ci ilin əvvəlində Windows 7-nin dəstəyinin dayandırılmasına baxmayaraq o, bazarın 9.61%-nə sahibdir. Ən böyük məşhurluğu isə gözlənildiyi kimi Windows 10 sərgiləyir. Belə ki, sözügedən əməliyyat sistemi bütün cihazların 71.29%-nə quraşdırılıb. Statcounter-in hesabatı onu göstərir ki, bazarın böyük olmayan hissəsini Windows 8.1, Windows 8Windows XP tuturlar. Beləliklə Windows 8.1 bazarın 2.51%-nə, Windows 8 0.69%-nə, Windows XP isə 0.39%-nə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər