main-post-cover

    Sızdırıldı: Xiaomi artıq MIUI 13 interfeysi üzərində işləməyə başlayıb (Video)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.09.2020
    Nijat Hamid
            Xiaomi şirkətinin istifadəçilər tərəfindən sevilmə səbəblərindən biri də MIUI interfeysidir. Hal-hazırda MIUI 12 interfeysini istifadəyə vermiş və bütün smartfonlara göndərməklə məşğul olan Xiaomi şirkəti gizli-gizli MIUI 13 üzərində işləməyə başlayıb. MIUI 12 ilə smartfonlara yeni animasiya və keçid effektləri gətirən şirkət bir sonrakı versiyada bunları daha da optimizasiya etməyi planlayır.

    MIUI 13 interfeysinin "söndür-yenidən başlat" menyusunun dizaynı sızdırıldı.

            Xiaomi-nin MIUI 12 interfeysi 2020-nin Iyun ayında stabil olaraq istifadəyə verilmişdi. İndi isə sızdırılan məlumatlara görə MIUI 13 interfeysi də 2021-in ortalarında istifadəyə veriləcək. Şirkət MIUI 12 ilə birliktə yeni animasiyalar, Super Wallpapers funksiyası, yeni şarj ekranını göstərən animasiyalar, yeni bildiriş panelini istifadəyə vermişdi. Yeni sızdırılan videoya görə şirkət MIUI 13 ilə birliktə daha çox animasiyalar üzərinə fokuslanaraq istifadəçilərə daha yaxşı keçid effektləri göstərməyi planlayır.
    Linki kopyala