Reklam
Samsung smartfonlarında bütün özəl məlumatları gizlətməyə imkan verəcək funksiya hazırlanır

Samsung smartfonlarında bütün özəl məlumatları gizlətməyə imkan verəcək funksiya hazırlanır

Əməliyyat sistemləri
01.08.2022 PAYLAŞIM

    Telefonun təmirə verilməsi hər zaman konfidensial məlumatların ortaya çıxması riski ilə müşaiyət edilir. Buna görə də telefonun təmirə verilməsindən öncə istifadəçilərə telefon yaddaşında olan özəl fotoların və digər faylların silinməsi məsləhət görülür. Əks halda həmin konfidensial fayllar təmirçi tərəfindən əldə edilə və ya ümumiyyətlə internetə sızdırıla bilər. Samsung şirkəti öz növbəsində fərdi smartfonlarında bu problemi həll etmək qərarına gəlib. Belə ki, onun istehsalı olan smartfonlarda Repair Mode adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya istifadəçinin konfidensial fayllarının gizlədilməsini mümkün edəcək. Beləliklə isitifadəçi öz smartfonunu təmirə verməmişdən öncə ayarlarda Repair Mode funksiyasını aktivləşdirə bilər.

    Bu funksiya aktivləşdiriləndən sonra smartfon yenidən işə düşəcək və nəticədə istifadəçinin bütün özəl məlumatları və aktual olan istifadəçi hesabları avtomatik olaraq gizlədiləcək. Bu halda smartfonda yalnız standart sistem və qutudan olan digər tətbiqlər qalacaqlar. Təmirdən sonra smartfondakı konfidensial məlumatları geri qaytarmaq üçün isə istifadəçi sadəcə olaraq ayarlara daxil olub Repair Mode funksiyasını deaktiv etməli və barmaq izi skanı və ya qrafik açarın daxil edilməsi vasitəsilə autentifikasiya prosesindən keçməli olacaq.


    Beləliklə daha öncə avtomatik olaraq gizlədilmiş bütün özəl məlumatlar və fayllar bu proses nəticəsində geri qayıdacaqlar. Təəssüflər olsun ki, bu funksiya eyni vaxtda bütün Samsung smartfonlarında və regionlarda istifadəyə verilməyəcək. Samsung sözügedən funksiyanın istifadəsinə Galaxy S21 seriyasında start verməyi planlaşdırır. Repair Mode adlı funksiya One UI istifadəçi interfeysinin növbəti böyük yenilənməsi çərçivəsində Koreyadakı istifadəçilər üçün aktiv olacaq. Daha sonra bu funksiyanın digər Samsung smartfonlarında və regionlarda da istifadəyə veriləcəyi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


22H2 yenilənməsindən sonra Windows 11-də faylların yüklənmə və kopyalanma sürətl..

Windows 11 üçün bir neçə müddət bundan öncə istifadəyə verilmiş 22H2 adlı yenilənmə istifadəçiləri t..


Windows 11 üçün növbəti yenilənmə təqdim edilib

Yeni əməliyyat sistemi üçün təqdim edilmiş növbəti yenilənmə Windows 11-in həm xarici görünüşünə həm..


Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya məlum olub

Avqust ayının sonunda Google şirkəti Pixel smartfonları üçün Android 13 əməliyyat sistemini istifadə..


Android Go-nun aşağı büdcəli smartfonlar üçün texniki tələbləri yüksəlib..

Android əməliyyat sisteminin Go Edition versiyası zəif texniki özəlliklərə sahib smartfonlar üçün nə..


iOS 16 saxta AirPods qulaqlıqlarını təyin edə biləcək

Artıq bugün iPhone istifadəçiləri üçün iOS 16 əməliyyat sisteminin stabil versiyası istifadəyə veril..


iOS 16-nın istifadəyə verilmə tarixi və dəstəkləyəcəyi iPhone modellərinin siyah..

İyun ayında keçirilmiş WWDC 2022 konfransı çərçivəsində Apple şirkəti iOS 16-nı təqdim etmişdi...

×