main-post-cover

    Samsung qatlana bilən Galaxy Z Fold 3 üçün Android 13-ün stabil versiyasını təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.11.2022
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat vermişdik ki, Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 4 ilə Z Flip 4 üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. İndi isə şirkət daha bir qatlana bilən smartfonu üçün sözügedən əməliyyat sistemini təqdim edib. Söhbət, Galaxy Z Fold 3 smartfonundan gedir. Təəssüflər olsun ki, Android 13 yenilənməsi bu smartfonun bütün istifadəçilərinə eyni zamanda təqdim edilməyib. Yenilənmə prosesi mərhələli şəkildə reallaşdırılır və yaxın zaman ərzində bütün Galaxy Z Fold 3 istifadəçiləri Android 13-ün stabil versiyasını əldə edəcəklər. Lakin ilkin növbədə əməliyyat sistemi yenilənməsini beta test mərhələsində iştirak etmiş istifadəçilər əldə edirlər. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 3 üçün Android 13 yeni OneUI 5.0 istifadəçi interfeysi və Google şirkətinin aktual təhlükəsizlik yenilənməsi ilə birlikdə təqdim edilib.
    Linki kopyala