main-post-cover

    Samsung öz smartfonlarının Android dəstəklərini uzatdı: Smartfonlar neçə il ərzində dəstəklənəcəklər?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.08.2020
    Farid Pardashunas
        Samsung şirkəti öz smartfonlarının uzunmüddətli dəstəklənməsi mövzusunda seçilmirdi. Lakin görünür, yaxın zamanda bu məsələdə dəyişiklik olacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Dünənki Galaxy Note 20 təqdimatı zamanı Samsung şirkətinin təmsilçisi bildirdi ki, bundan sonra şirkət öz smartfonlarını 3 il ərzində dəstəkləyəcək.
        Burda söhbət, 3 nəsil Android versiyasından gedir. Qeyd etmək lazımdır ki, daha əvvəllər şirkət 2 il ərzində əməliyyat sistemini yeniləyirdi və əlavə 1 il ərzində təhüləsizlik yenilənmələrini təqdim edirdi. Yeni strategiya isə Galaxy S10 seriyasından başayaraq qüvvəyə minir. Beləliklə Galaxy S10 seriyasından başlayaraq Samsung şirkəti öz smartfonlarını 3 il ərzində əməliyyat sistemi yenilənməsi ilə təmin edəcək.
        Qeyd etmək lazımdır ki, Galaxy S10 seriyası satışa çıxan zaman Android 9 vasitəsilə çalışırdı və sonradan Android 10-a kimi yeniləndi. Yeni strategiyaya əsasən Galaxy S10 seriyası həmçinin Android 11-i əldə edəcək və potensial olaraq Android 12-ni də əldə edə bilər. Dünən təqdim olunmuş smartfonların hamısı isə Android 13-ə kimi yenilənəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər