main-post-cover

    Samsung Galaxy S21 FE üçün Android 13 istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.11.2022
    Emil Nəcəfov
        Dünən rəsmi şəkildə məlum oldu ki, Samsung şirkəti Galaxy S20 FE smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. İlk növbədə Android 13 Galaxy S20 FE-nin Exynos 990 prosessoru vasitəsilə çalışan versiyası əldə edib. Snapdragon prosessoru vasitəsilə çalışan Galaxy S20 FE modeli isə əməliyyat sistemi yenilənməsini daha sonra əldə edəcək. İndi isə məlum olub ki, Samsung Android 13-ü həmçinin Galaxy S21 FE smartfonu üçün də istifadəyə verib. Yaxın zamanda əməliyyat sistemi yenilənməsi bütün Galaxy S21 FE istifadəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Android 13-ü yeni OneUI 5.0 istifadəçi interfeysi və Google şirkətinin bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsi ilə birlikdə əldə edib.
    Linki kopyala