main-post-cover

    Samsung Galaxy S10 Lite üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.11.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Samsung Android 13-ün stabil versiyasını Galaxy Note 10 Lite smartfonu üçün təqdim etmişdi. İndi isə şirkət əməliyyat sistemi yenilənməsini Galaxy S10 Lite smartfonu üçün istifadəyə verib. Android 13-ü ilk olaraq Galaxy S10 Lite smartfonunun İspaniyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Yaxın zamanda əməliyyat sistemi yenilənməsi digər regionlardakı istifadəçilər üçün də təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Android 13 ilə birlikdə Galaxy S10 Lite həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər