main-post-cover

    Samsung Galaxy M33 5G üçün OneUI-nin yeni versiyası istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.03.2023
    Farid Pardashunas
        Dünən məlum oldu ki, Samsung şirkəti yeni OneUI 5.1 istifadəçi interfeysini Galaxy A52s 5G smartfonu üçün istifadəyə verməyə başlayıb. İndi isə şirkət proqram təminatı yenilənməsini Galaxy M seriyasına daxil olan smartfonlardan biri üçün təqdim edib. Söhbət, Galaxy M33 5G smartfonundan gedir. Məlumatda qeyd edilib ki, OneUI 5.1-i bu smartfonun ilk öncə Cənubi Koreyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Galaxy M33 5G-nin digər ölkələrdəki istifadəçiləri isə OneUI 5.1-i yaxın zamanda əldə edəcəklər. Qeyd etmək lazımdır ki, OneUI 5.1 ilə birlikdə Galaxy M33 5G smartfonu həmçinin Google şirkətinin fevral ayı üçün nəzərdə tutulmuş aktual təhlükəsizlik yenilənməsini də əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər