main-post-cover

    Samsung Galaxy A52s 5G üçün OneUI-nin yeni versiyası istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.03.2023
    Farid Pardashunas
        Samsung şirkəti öz smartfonlarında yeni OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə proqram təminatı yenilənməsini Galaxy A seriyasının daha bir modeli əldə edib. Söhbət, Galaxy A52s 5G-dən gedir. Məlumata əsasən OneUI 5.1-i sözügedən smartfonun ilk olaraq Cənubi Koreyadakı istifadəçiləri əldə ediblər. Lakin yaxın zamanda yeni istifadəçi interfeysi digər ölkələrdəki istifadəçilər üçün də aktiv olmalıdır. Qeyd etmək lazımdır ki, OneUI 5.1 ilə yanaşı Galaxy A52s 5G smartfonu həmçinin Google şirkətinin fevral ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər