main-post-cover

    Samsung Android-dən Fuchsia OS əməliyyat sisteminə keçid edə bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.12.2021
    Farid Pardashunas
        Hələ bu ilin may ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Android-dən Fuchsia OS əməliyyat sisteminə keçid edəcək. İndi isə bu məlumatı təsdiqləyən yeni faktlar ortaya çıxıb. Dohyun Kim adlı analitik əmindir ki, Samsung Fuchsia OS-ə keçid etməyə hazırlaşır. Lakin onun sözlərinə əsasən bunun üçün bir neçə il vaxt lazım olacaq. Bununla belə analitikin sözlərini həmçinin Ice Universe ləqəbli məşhur çinli insayder də təsdiqləyib. Qeyd etmək lazımdır ki, Google sözügedən əməliyyat sistemi üzərində minimum 2016-cı ildən işləyir.
        Bu, açıq mənbəli koda sahib əməliyyat sistemidir və o, geniş sayda cihaz üçün nəzərdə tutulub. Bundan əlavə olaraq onun Android ilə müqayisədə bir çox üstünlüyü mövcuddur. Buna misal olaraq daha rahat və asan yenilənməni gətirmək olar. Fuchsia OS-ə sahib ilk məhsul Nest Hub adlı birinci nəsil smart ekran olmuşdu. 2018-ci ildə Bloomberg saytı bildirmişdi ki, 5 ildən sonra sözügedən əməliyyat sistemi Android-i, ChromeOS-i və WearOS-i əvəz edə bilər.
        2019-cu ildə Google təmsilçiləri təsdiqləmişdilər ki, smart ev sisteminə daxil olan əşyalar Fuchsia OS üçün sadəcə olaraq başlanğıcdır. Bir neçə müddət bundan öncə isə bu əməliyyat sisteminin hazırlanması ilə bağlı işlərə Samsung şirkəti də öz töhfəsini verməyə başladı. Bir neçə ay bundan öncə Google şirkəti Fuchsia Devices adlı komandanı yaratmışdı. Bu komandaya daxil olan şəxslər Google şirkətinin ekosistemində mövcud olmayan kənar cihazları sözügedən əməliyyat sisteminə keçirtmək üçün çalışırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər