main-post-cover

    Rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq milyonlarla kompüter Windows 7 vasitəsilə çalışır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    10.01.2021
    Emil Nəcəfov
        Bir neçə analitik şirkət Windows əməliyyat sisteminin müxtəlif versiyalarının bazardakı paylarından danışıb. Baxmayaraq ki, hal hazırda aktual olan Windows 10 əməliyyat sistemi 5 il bundan öncə istifadəyə verilib, milyonlarla kompüter köhnə Windows versiyalarından istifadə edir. Bu barədə 4pda saytı xəbər verib. Windows 7 əməliyyat sistemi 2009-cu ildə istifadəyə verilib. 2015-ci ildə isə Microsoft onun rəsmi dəstəyini dayandırdıqdan sonra bu əməliyyat sistemi ilə bağlı ciddi problemlər yaşanmağa başlandı.
        Şirkət tərəfindən ən böyük zərbə isə keçən ilin yanvar ayında endirilmişdi. Belə ki, həmin vaxtda Microsoft Windows 7-nin təhlükəsizliyi üçün kritik yenilənmələrin istifadəyə verilməsini və texniki dəstəyini dayandırmışdı. Bundan sonra istifadəçilərin aktiv şəkildə Windows 10-a keçid edəcəkləri gözlənilirdi. Lakin StatCounter şirkətinin məlumatına əsasən dünyada olan kompüterlərin 17.68%-i hələ də Windows 7 vasitəsilə çalışır. Keçən ilin yanvar ayında bu göstərici 25.56% idi.
        NetMarketShare şirkətinin analitikləri daha fərqli göstəricilər açıqlayıblar. Onların fikirlərinə əsasən bütün kompüterlərin 21.67%-i Windows 7 vasitəsilə çalışır və il ərzində bu göstəricidə 10% azalma müşahidə edilib.  Windows 7-nin bu qədər çox kompüterdə çalışmasının əsas səbəblərindən biri də həmin kompüterlərin Windows 10 ilə uyğunlaşa bilməmələrindədir. Bu halda həmin kompüterlərin istifadəçiləri tamamilə yeni kompüter almalıdırlar.
    Linki kopyala