main-post-cover

    Qatlana bilən Galaxy Flip 5G üçün Android 13 istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.11.2022
    Farid Pardashunas
        Qatlana bilən Galaxy Flip 5G smartfonunun istifadəçiləri yeni OneUI 5.0 istifadəçi interfeysinə sahib Android 13 əməliyyat sistemini əldə etdiklərini xəbər veriblər. Qeyd etmək lazımdır ki, qatlana bilən Galaxy Flip 5G smartfonu Flip seriyasının ikinci smartfonudur və o, Snapdragon 865+ prosessoru vasitəsilə çalışır. Sözügedən smartfon 2020-ci ildə satışa çıxıb. Məlumatda qeyd edilib ki, Galaxy Flip 5G-nin Avropadan olan istifadəçiləri artıq Android 13-ü əldə etməyə başlayıblar. Çox güman ki, bu smartfon üçün Android 13 son əməliyyat sistemi yenilənməsi olacaq. Galaxy Flip 5G satışa çıxan zaman qutudan Android 10 əməliyyat sistemi və OneUI 2.1 istifadəçi interfeysinə sahib idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər