
Xiaomi şirkəti MIUI 14 istifadəçi interfeysini qlobal bazarda POCO F2 Pro smartfonu üçün istifadəyə verməyə başlayıb. Sözügedən proqram təminatı yenilənməsi POCO F2 Pro üçün Avropada MIUI-V14.0.1.0.SJKEUXM nömrəsi altında təqdim edilir. Nəzərə almaq lazımdır ki, POCO F2 Pro üçün istifadəyə verilmiş MIUI 14 yenilənməsi Android 12 əsasında hazırlanıb. MIUI 14 ilə yanaşı bu smartfon həmçinin Google şirkətinin fevral ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.