main-post-cover

    OneUI-nin yeni versiyası Galaxy A53-ün Avropadakı istifadəçiləri üçün istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.03.2023
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Samsung şirkəti yeni OneUI 5.1 istifadəçi interfeysini Galaxy A53 smartfonu üçün istifadəyə verməyə başladı. Lakin proqram təminatı yenilənməsini ilk öncə Galaxy A53-ün Cənubi Koreyadakı istifadəçiləri əldə etdilər. İndi isə şirkət sözügedən smartfonun Avropadakı istifadəçiləri üçün yeni istifadəçi interfeysini istifadəyə verməyə başlayıb. Galaxy A53-ün Belçika və Almaniyadakı istifadəçiləri OneUI 5.1-i artıq əldə etməyə başlayıblar. Yaxın zamanda isə o, digər ölkələrin istifadəçiləri üçün aktivləşdiriləcək. Qeyd etmək lazımdır ki, OneUI 5.1 ilə yanaşı Galaxy A53 modeli həmçinin Google şirkətinin fevral ayı üçün nəzərdə tutulmuş aktual təhlükəsizlik yenilənməsini də əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər