One UI 3.1 istifadəçi interfeysli Android 11-i hansı Samsung smartfonları əldə edəcəklər? (SİYAHI)

One UI 3.1 istifadəçi interfeysli Android 11-i hansı Samsung smartfonları əldə edəcəklər? (SİYAHI)

Əməliyyat sistemləri
19.01.2021 PAYLAŞIM

    Samsung One UI 3.1 istifadəçi interfeysi keçən həftə təqdim edilmiş Galaxy S21 seriyasının smartfonlarında Android 11 ilə birlikdə istifadəyə veriləcək. Lakin sözügedən interfeysə sahib Android 11 Samsung-un digər smartfon modellərində hələ istifadəyə verilməyib. İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda Samsung-un digər smartfonlarının istifadəçiləri də bu interfeysə sahib Android 11-dən istifadə edə biləcəklər. Belə ki, internetdə bu yenilənməni əldə edəcək 15 Samsung smartfonunun siyahısı ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib.


    İnsayderlər tərəfindən təqdim edilmiş siyahı 2019-cu ildən bugünə kimi satışa çıxmış bir sıra modelləri özündə birləşdirir. Siyahıda qeyd edilmiş smartfonların One UI 3.1 interfeysli Android 11-i nə zaman əldə edəcəkləri barəsində bir məlumat verilməyib. Bununla yanaşı qeyd edilib ki, Galaxy Fold, Galaxy S10, Galaxy S10+, Galaxy S10e, Galaxy Z Flip, Galaxy Z Fold 2 5GGalaxy Z Flip 5G modelləri hələ One UI 3.0 interfeysini əldə etməyiblər. Gözləntilərə əsasən bu smartfonlarda One UI 3.0 interfeysi gələn ay istifadəyə veriləcək. One UI 3.1-in istifadəyə verilmə müddəti isə daha sonra elan olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-da Android tətbiqlərin işə salınması funksiyası reallaşdırılacaq..

İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda Windows 10-da Android tətbi..


Huawei şirkəti fərdi proqramlaşdırma dili üzərində çalışır

Huawei özünün software məhsullar portfoliosunu genişləndirməyə hazırlaşır.


Chrome brauzerinin desktop versiyası Android-in faydalı funksiyasını əldə edib..

Anonsdan yarım il keçəndən sonra Chrome brauzerinin desktop versiyası faydalı funksiyanı əldə edib...


HarmonyOS-i əldə edəcək ilk Huawei smartfonları məlum olub

Huawei hələ keçən il təsdiqləmişdi ki, onun smartfonları fərdi HarmonyOS əməliyyat sisteminə keçid e..


Android 12 Developer Preview təqdim olunub

Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş (Android 12 Developer Preview) ilk..


Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Google şirkəti Android-in yeni versiyasını hələ təqdim etməyib. Lakin internetdə onun barəsində məlu..

×