Niderlandın təhsil müəssisələrində Chrome brauzeri ilə ChromeOS ƏS-nə məhdudiyyət qoyulub

Niderlandın təhsil müəssisələrində Chrome brauzeri ilə ChromeOS ƏS-nə məhdudiyyət qoyulub

Əməliyyat sistemləri
02.08.2022 PAYLAŞIM

    Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi Chrome brauzerinin və ChromeOS əməliyyat sisteminin istifadəsində bəzi məhdudiyyətlərin tətbiqini qərara alıb. Belə ki, ölkənin təhsil müəssisələri Google şirkətinin bu iki məhsulunu standart ayarlarda istifadə edə bilməyəcəklər. Nazirlik təhsil müəssisələrində təhsil alan şəxslərin konfidensial məlumatlarınn sızdırılmasından narahatdır. Bu mövcu ilə bağlı olan məktub Niderlandın parlamentinə göndərilib. Nazirliyin sözlərinə əsasən Google servisləri tələbələrin və şagirdlərin məlumatlarını yığaraq onları böyük reklam şəbəkələrinə ötürürlər. Həmin reklam şəbəkələri isə yığılmış konfidensial məlumatları təkcə təhsil sahəsində istifadə etmirlər.

    Beləliklə ölkənin milli nizamlayıcı orqanı tələbələrin və şagirdlərin yığılan məlumatlarının harda saxlanıldığı və necə emal edildiyi barəsində məlumata sahib olmadığı üçün o, Avropa Birliyinin məlumatların qorunması üzrə reqlamentinin pozulmasından narahatdır. Nizamlayıcı orqanın sözlərinə əsasən bir neçə müddət bundan öncə Google şirkəti Chrome brauzerinin və ChromeOS əməliyyat sisteminin məlumatların təhlükəsizlikləri ilə bağlı tələblərə cavab verən versiyalarını gələn ilə kimi təqdim edəcəyinə söz vermişdi. Həmin vaxta kimi Niderlandın təhsil müəssisələrində Google şirkətinin bu məhsulları məhdudlaşdırılmış rejimdə çalışacaqlar. İstisna olaraq nazirlik tərəfindən daha öncə təqdim edilmiş tövsiyyələri yerinə yetirən təşkilatlar çıxış edəcəklər. 




DAHA ÇOX


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..


Windows 11 üçün yaxın zamanda hansı yeniliklər istifadəyə veriləcək?

Microsoft şirkəti 26 sentyabr tarixində Windows 11 üçün növbəti böyük yenilənməni istifadəyə verəcək..


OneUI 6-nın ilk beta versiyası Galaxy S22 smartfonları üçün istifadəyə verilib..

Biraz əvvəl məlum oldu ki, Samsung şirkəti özünün OneUI 6.0 istifadəçi interfeysinin ilk beta versiy..


Galaxy S21 smartfonları üçün OneUI 6-nın ilk beta versiyası istifadəyə verilib..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin testlərini aparmağa davam edir...


WatchOS 10-un stabil versiyası istifadəyə verilib

Apple daha bir əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib.


iPadOS 17-nin stabil versiyası istifadəyə verilib

iOS 17-nin stabil versiyası ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17 əməliyyat sisteminin də stab..

×