Mövcud olan Huawei smartfonlarını da HarmonyOS-ə kimi yeniləmək mümkün olacaq
Proqram Təminatı
Əməliyyat sistemləri
12.09.2020
Farid Pardashunas
Huawei Developer Conference 2020 tədbiri çərçivəsində şirkət HarmonyOS 2.0 əməliyyat sistemini və EMUI 11 istifadəçi interfeysini təqdim etmişdi. Məlum olub ki, artıq mövcud olan Huawei smartfonları da HarmonyOS əməliyyat sisteminə kimi yenilənə biləcəklər. Bu barədə Androidauthority saytı xəbər verib. Tədbir çərçivəsində şirkət bildirmişdi ki, artıq gələn il böyük ehtimal ilə HarmonyOS əməliyyat sisteminə sahib ilk Huawei smartfonları satışa çıxacaqlar.
Şirkət əməkdaşları həmçinin qeyd ediblər ki, EMUI 11 istifadəçi interfeysinə sahib olacaq mövcud Huawei smartfonları da bu əməliyyat sisteminə kimi yenilənə biləcəklər. Bu məsələ barəsində məlumat hələki çox azdır. Belə ki, HarmonyOS-in smartfonlarda və planşetlərdə necə görünəcəyi bilinmir. Bundan əlavə olaraq bu cür yenilənmənin hansı smartfonlar üçün təqdim ediləcəyi və onun məcbur yenilənmə olub-olmayacağı barəsində də bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ