main-post-cover

    Microsoft Your Phone tətbiqinə hansı yeniliklər gəlir?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.06.2020
    Emil Nəcəfov
        Microsoft Your Phone tətbiqi Android smartfonlar ilə Windows 10 əməliyyat sistemli kompüterlər arasındakı inteqrasiyanı reallaşdıran tətbiqdir. Bu tətbiqin köməyi ilə kompüterdə smartfona gələn mesajlara baxmaq, onlara cavab vermək və hətta smartfona gələn zənglərə cavab vermək olar. İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda bu tətbiqin imkanlarını genişləndirəcək. Bu barədə Androidheadlines saytı xəbər verib.
        Verilmiş məlumata əsasən yenilənmiş Your Phone tətbiqi Windows interfeysində telefon danışığı pəncərəsini picture-in-picture rejimi üzrə ayırmağa imkan verəcək. Bu üsul ilə istifadəçi kompüterdəki işindən qalmayaraq ayrılmış danışıq pəncərəsində telefon danışığını davam etdirə biləcək. Bundan əlavə olaraq telefon danışığı düyməsi tətbiqin mətn çatı interfeysində də ortaya çıxacaq. Bu isə öz növbəsində kompüter vasitəsilə telefon zənglərini reallaşdırmaq prosesini sadələşdirəcək.
        Your Phone tətbiqinin daha bir yeniliyi fotolarda mətnlərin təyin olunmasıdır. Beləliklə telefon nömrəsini və ya hansısa mətni kontekst menyudan əldə etmək üçün istifadəçi sadəcə olaraq fotonun üzərinə mouse-un sağ düyməsi ilə klik edəcək. Bu yeni funksiyaların bütün Android smartfonlar üçün aktiv olub-olmayacaqları barəsində şirkət bir məlumat verməyib. Gözləntilərə əsasən yenilənmiş Your Phone tətbiqinin beta versiyası yaxın həftələrdə təqdim olunacaq. Onun tam versiyasının isə yaxın aylarda aktiv olacağı güman edilir.
    Linki kopyala