Microsoft-un Windows 10 dəstəyini nə zaman dayandıracağı məlum olub

Microsoft-un Windows 10 dəstəyini nə zaman dayandıracağı məlum olub

Əməliyyat sistemləri
16.06.2021 PAYLAŞIM

    Microsoft şirkəti aktual olan Windows 10-un dəstəklənmə müddətini yeniləyib. Məlum olub ki, istifadəçilərin yeni əməliyyat sisteminə keçid etmələri üçün bir xeyli vaxtları var. Lakin Windows 10-dan əvvəlki versiyaların istifadəçiləri bu məsələdə tələsməlidirlər. Beləliklə təqdim edilmiş məlumata əsasən Windows 10 Home Pro üçün mütəmadi yenilənmələrin təqdim edilməsi prosesi 14 oktyabr 2025-ci ildə dayandırılacaq. Beləliklə Windows 10-nun ümumi dövrü 10 ildən bir qədər çox təşkil edəcək. Qeyd etmək lazımdır ki, sözügedən əməliyyat sistemi 29 iyul 2015-ci ildə istifadəyə verilmişdi.

    Bununla belə Windows 10-un 2004 versiyasından istifadə edənlər bu ilin sonuna kimi yenisinə keçid etməlidirlər. Gözləntilərə əsasən 24 iyun tarixində keçiriləcək Windows Next Generation adlı tədbirdə Microsoft şirkəti Windows 10-un davamçısını təqdim edəcək. Söhbət, Windows 11 Sun Valley əməliyyat sistemindən gedir. Analitiklərin sözlərinə əsasən bu təqdimat daha əvvəl baş verməli idi. Lakin koronavirus pandemiyası şirkətin planlarında dəyişiklik edib. Hələ bir neçə müddət bundan öncə Microsoft təmsilçiləri qeyd etmişdilər 24 iyun tarixində son illərin ən möhtəşəm Windows yenilənməsi təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft bulud servisdə işə düşən Windows 365 adlı əməliyyat sistemini təqdim e..

Microsoft-un yeni servisi desktop əməliyyat sistemini bulud servisdə istifadə etmək imkanını verir...


Windows 11 yenilənmələri arasındakı zaman intervalı daha böyük olacaq

Microsoft şirkəti Windows 11 barəsində məlumatlar təqdim etməyə davam edir.


Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib..

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini..


Windows 7 istifadəçiləri Windows 11-i daha qəliz üsul ilə əldə edəcəklər..

Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verm..


Android 12-ni əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxıb..

İnternetdə hansı Xiaomi, Redmi, POCO və Black Shark smartfonlarının Android 12-ni əldə edəcəkləri ba..


Google APK-dən imtina edərək Android tətbiqlərin yeni formatına keçid edir..

Yaxın aylarda Android tərtibatçılarını böyük dəyişikliklər gözləyir.

×