main-post-cover

    Microsoft-un Windows 10 dəstəyini nə zaman dayandıracağı məlum olub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    16.06.2021
    Farid Pardashunas
        Microsoft şirkəti aktual olan Windows 10-un dəstəklənmə müddətini yeniləyib. Məlum olub ki, istifadəçilərin yeni əməliyyat sisteminə keçid etmələri üçün bir xeyli vaxtları var. Lakin Windows 10-dan əvvəlki versiyaların istifadəçiləri bu məsələdə tələsməlidirlər. Beləliklə təqdim edilmiş məlumata əsasən Windows 10 Home Pro üçün mütəmadi yenilənmələrin təqdim edilməsi prosesi 14 oktyabr 2025-ci ildə dayandırılacaq. Beləliklə Windows 10-nun ümumi dövrü 10 ildən bir qədər çox təşkil edəcək. Qeyd etmək lazımdır ki, sözügedən əməliyyat sistemi 29 iyul 2015-ci ildə istifadəyə verilmişdi.
        Bununla belə Windows 10-un 2004 versiyasından istifadə edənlər bu ilin sonuna kimi yenisinə keçid etməlidirlər. Gözləntilərə əsasən 24 iyun tarixində keçiriləcək Windows Next Generation adlı tədbirdə Microsoft şirkəti Windows 10-un davamçısını təqdim edəcək. Söhbət, Windows 11 Sun Valley əməliyyat sistemindən gedir. Analitiklərin sözlərinə əsasən bu təqdimat daha əvvəl baş verməli idi. Lakin koronavirus pandemiyası şirkətin planlarında dəyişiklik edib. Hələ bir neçə müddət bundan öncə Microsoft təmsilçiləri qeyd etmişdilər 24 iyun tarixində son illərin ən möhtəşəm Windows yenilənməsi təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər