main-post-cover

    Microsoft şirkətinin Defender adlı antivirus tətbiqi bundan sonra fərdi şəkildə çalışacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    20.01.2021
    Farid Pardashunas
        Microsoft şirkəti təhlükəsizlik barəsində rəsmi bloqunda Defender antivirusu ilə bağlı yeni məlumat yerləşdirib. Belə ki, şirkətin yeni məlumatına əsasən bundan sonra bu tətbiq zərərli proqram təminatlarına qarşı daha sərt tədbirlər görəcək və fərdi şəkildə qərarlar verəcək. Bu barədə 4pda saytı xəbər vrib. Bundan sonra Microsoft Defender aktivləşdirilən zaman o, xüsusi rejimdə çalışacaq. Windows 10 Public Preview versiyasından başlayaraq bu antivirus tətbiqi müxtəlif növ təhlükələrin avtomatik aradan qaldırılması rejimində çalışacaq.
        Bu rejimdə Defender fərdi şəkildə istənilən təhlükəni aradan qaldırır və şübhəli faylları karantinə daxil edir və silir. Qeyd etmək lazımdır ki, bu rejimdə tətbiq bütün bunları istifadəçiyə xəbər vermədən edir. Kompüterin istifadəçisi bu cür hallar barədə bildiriş əldə etmək istəyirsə, o, Defender-i yarı avtomatik rejimə keçirtməlidir. Microsoft-un verdiyi məlumata əsasən avtomatik rejimə keçid edəndən sonra Defender-in effektivliyi 40% yüksəlib. Bununla yanaşı şirkət mühəndisləri bildiriblər ki, onlar antivirusun zərərli proqram təminatlarını təyin etmə alqoritmini də təkmilləşdiriblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər