main-post-cover

    Microsoft şirkəti Windows Defender antivirusunun deaktiv edilməsi özəlliyini aradan qaldırıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    21.08.2020
    Emil Nəcəfov
        2006-cı ildən başlayaraq Microsoft şirkəti özünün Defender adlı antivirusunu inkişaf etdirir. Bu antivirus Windows 10 əməliyyat sisteminə inteqrasiya edilib. Bu günə kimi sözügedən antivirus hansı istifadəçini qane etmirdisə həmin istifadəçi reyestrin redaktə olunması vasitəsilə onu tamamilə deaktiv edə bilirdi. İndi isə Microsoft şirkəti növbəti Windows yenilənməsində bu cür özəlliyi aradan qaldırıb. Bu barədə 4pda saytı xəbər verib.
        Baxmayaraq ki, Windows Defender-də real zaman ərzində təhlükəsizliyin deaktiv olunması düyməsi mövcuddur, ona klik edəndən sonra da antivirus öz işini dayandırmır. Bu ay təqdim edilmiş Windows 10 4.18.2008.8 yenilənməsindən sonra istifadəçilər reyestrin redaktə olunması vasitəsilə antivirusun işinə heç cür təsir edə bilmirlər.
        Microsoft rəsmi şəkildə təsdiqləyb ki, reyestrdəki DisableAntiSpyware hissəsinə bundan sonra antivirus tərəfindən cavab verilmir. Bu günə kimi istifadiçlər reyestrdəki data hissəsində 1 əvəzinə 0 yazaraq və kompüteri yenidən işə salaraq antivirusu deaktiv edə bilirdilər. İndi isə antivirusu yalnız Defender Control Configure Defender kimi kənar tətbiqlər vasitəsilə deaktiv etmək mümkündür. 
    Linki kopyala