main-post-cover

    Microsoft şirkəti Windows 10-un dizaynında bəzi dəyişikliklər edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    25.07.2020
    Nijat Hamid
            Microsoft şirkəti Windows 10 əməliyyat sistemini təkmilləşdirməyə davam edir. Bundan əvvəlki 3 yenilənmə paketində (1903, 1909 2004) şirkət Windows 10-un stabilliyini və performansını artırmağa fokuslanmışdı. İndi isə son sızdırılan məlumatlara görə şirkət dizayn ilə bağlı dəyişikliklərə başlamaq istəyir.

    Dizaynda edilən ilk dəyişiklik Windows Fayl Meneceri-ndə (File Explorer) olacaq.

            Modern File Explorer (Müasir Fayl Meneceri) adlandırılan bu dizayn konsept videolardakına bənzəsə də realdır. Anlaşılan Microsoft konsept dizaynlarda olan bəzi stilləri əlavə etməyə qərar verib. Qeyd edək ki, bu şəkil Microsoft tərəfindən paylaşılıb. Bu səbəbdən bu dizaynın təsdiqləndiyindən əmin ola bilərik. Çox güman ki, bu ilin 2-ci yarısında yayımlanan yenilənmə paketi ilə istifadəyə veriləcək.

    Windows 10-da ediləcək olan ikinci dəyişiklik çox xırda olsa da Start menyusu ilə əlaqəli olacaq.

            Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin Start menyusunda Axtarış hissəsində və digər açılan menyularda daha oval kənarlara malik pəncərə stilinə keçid edəcək. Bu sizə tanış gəldi? Bəli. Windows 7 əməliyyat sistemi tamamilə oval dizayna malik Aero stilindən istifadə edirdi. Windows 8-dən etibarən şirkət sərt künclərə malik yeni Fluent Design adını verdiyi stilə keçmişdi və bu çox da bəyənilməmişdi. İndi isə iddialara görə şirkət təkrar Windows 7-nin Aero dizaynını geri gətirməyə çalışır. Ümid edirik ki, bu reallaşar. Windows 7-də istifadə etdiyimiz Aero dizayn gözə çox xoş gəlirdi.
    Linki kopyala