main-post-cover

    Microsoft şirkəti düzgün olmayan drayverlərin Windows 10-a quraşdırılmasını qadağan edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    16.10.2020
    Farid Pardashunas
        Yeni Windows 10 yenilənməsi əməliyyat sisteminin alqoritminin iş prosesinə dəyişikliklər gətirib. Bu dəfə yeni dəyişikliklər drayverlərin yazılması prosesini əhatə edir. Belə ki, bundan sonra quraşdırılmamışdan öncə drayverlər Microsoft-un yeni siyasətinə əsasən yoxlanışdan keçməli olacaqlar. Bu barədə 4pda saytı xəbər verib. Şirkət təmsilçiləri bildiriblər ki, drayverlərin yeni yoxlanış sistemi yüksək təhlükəsizliyi təmin etməyə və istifadəçiləri Windows 10 vasitəsilə çalışan kompüterlərə kənar şəxslərin daxil olmalarından qorumağa imkan verəcək.
        Əgər hansısa drayverin quraşdırılması halında Windows onun yaradıcısını təyin edə bilməsə, kompüter ekranında bu barədə bildiriş təqdim olunacaq. Bununla belə drayverin quraşdırılması prosesi avtomatik olaraq dayandırılacaq. İstifadəçiyə təqdim olunacaq bildirişdə qeyd olunacaq ki, bu və ya digər drayverin düzgün olub-olmadığını yoxlamaq mümkün olmayıb. Bu cür yenilik köhnə kompüterlər üçün drayverlərin yazılmasını qeyri mümkün edə bilər. Bu halda Microsoft şirkəti istifadəçilərə bu və ya digər drayverin yaradıcılarına müraciət edərək drayverin aktual versiyaya kimi yeniləmələrini xahiş edə bilərlər. Əks halda drayverin yazılması mümkün olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər